Azərbaycanda elektrik enerjisinin paylanması üzrə gəlirlər kəskin artıb

Azərbaycanda elektrik enerjisinin paylanması üzrə gəlirlər kəskin artıb
# 05 may 2022 10:55 (UTC +04:00)

Cari ilin birinci rübündə Azərbaycanda 15 572,8 min manatlıq elektrik enerjisinin nəqli üzrə xidmətlər göstərilib, bu da illik müqayisədə 18,2% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2021-ci ilin yanvar-mart aylarında bu göstərici 13 173 min manat təşkil edib.

Məlumata görə, hesabat dövrü ərzində ölkədə 879 min manat həcmində elektrik enerjisinin paylanması üzrə xidmətlər göstərilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur. 2021-ci ilin birinci rübündə bu göstərici 309,5 min manat təşkil edib.

Qeyd edək ki, Azərbaycanda hesabat dövründə 6 772,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib, bu da illik müqayisədə 4,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR