Azərbaycanda IVECO yük avtomobillərinin istehsalına başlanılır

Azərbaycanda IVECO yük avtomobillərinin istehsalına başlanılır
# 29 aprel 2022 11:58 (UTC +04:00)

Azərbaycanda IVECO markalı yüngül, orta və ağır tonajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalına başlanılır.

Sumqayıt Kimya Sənaye Parkından “APA-Economics”ə verilən məlumata görə, istehsal prosesi yeni rezident statusu alan “Az-Tex-Import” MMC tərəfindən həyata keçiriləcək.
İnvestisiya dəyəri 19,2 mln. manat olan layihə çərçivəsində 90 nəfər daimi işlə təmin ediləcək.
Müəssisənin məhsullarının daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR