Azərbaycanda neft-qaz sektoruna aid edilən iqtisadi fəaliyyət növləri  müəyyənləşib

Azərbaycanda neft-qaz sektoruna aid edilən iqtisadi fəaliyyət növləri  müəyyənləşib
# 15 avqust 2019 12:18 (UTC +04:00)

Nazirlər Kabineti neft-qaz sektoruna aid edilən iqtisadi fəaliyyət növlərinin siyahısını “İqtisadi Fəaliyyət Növləri Təsnifatı”nın (AZT029-2008) beşrəqəmli altsinif kodları səviyyəsində təsdiq edib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” ölkə Prezidentinin 2018-ci il 22 dekabr tarixli fərmanının icrasını təmin etmək məqsədilə bu qərarı qəbul edib.

Neft-qaz sektoruna aid edilən iqtisadi fəaliyyət növlərinin Siyahısı

İqtisadi Fəaliyyət Növləri Təsnifatı (AZT029-2008) altsinfi

kodu

adı

06100

Xam neft hasilatı

06200

Təbii (yanar) qaz hasilatı

09101

Neft və təbii qaz hasilatı sahəsində xidmətlərin göstərilməsi

09102

Neft və təbii qazın hasilatı üçün quyuların qazılması

19200

Təmizlənmiş neft məhsullarının istehsalı, o cümlədən neft məhsullarından briketlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR