Azərbaycanda ötən il istilik itkisi azalıb

Azərbaycanda ötən il istilik itkisi azalıb
# 17 mart 2023 11:25 (UTC +04:00)

Ötən il Azərbaycanda 1367,4 min Qkal istilik enerjisi istehsal edilib, topdansatış qaydası ilə "Azərenerji" ASC-nin İstilik Elektrik Mərkəzindən 145 min Qkal istilik alınıb.

APA-Economics” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Məlumata görə, istilik enerjisinin 99,5%-i qaz yanacağı, 0,5%-i elektrik enerjisi və dizel yanacağı istifadə edilməklə istehsal edilib. İstilik itkiləri 12,7% təşkil edib ki, bu da illik müqayisədə 0,1 % azdır.

Hesabat dövründə, qazın xüsusi sərfiyyatı 0,1 m³/Qkal azalaraq əvvəlki illə müqayisədə 140,3 m³/Qkal təşkil edib.

Hesabata əsasən, 2022-ci ildə istehlakçı qrupları üzrə 15 910,4 min manat dəyərində xidmət göstərilib, bunun da 14 243 min manatı və ya 89,5%-i istilik təchizatı xidmətlərinin payına düşüb.

Ötən il yığım faizi 94,7%, o cümlədən büdcədən maliyyələşən təşkilatlar üzrə 99,3%, digər müəssisə va təşkilatlar üzrə 81,7%, əhali istehlakçıları üzrə isə 88,6% təşkil edib.

“Hesabat ilində, 564 qazanxana istismar edilməklə 3,9 min yaşayış binası, 288 məktəb, 161 uşaq bağçası, 151 səhiyyə obyekti və 2,4 mina yaxın digər sosial obyekt da təmin edilib", - hesabatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR