Azərbaycanda sənaye istehsalı 1,5% artıb

Azərbaycanda sənaye istehsalı 1,5% artıb
# 09 avqust 2022 12:12 (UTC +04:00)

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-iyul aylarında 49,3 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı eyni səviyyədə qalmış, qeyri neft-qaz sektorunda isə 10,7 faiz artıb.

Sənaye məhsulunun 75,6 faizi mədənçıxarma sektorunda, 20,5 faizi emal sektorunda, 3,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

“Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,5 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 15,3 faiz artıb”, - məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR