Azərbaycanda sənaye istehsalı ötən il 5% artıb

Azərbaycanda sənaye istehsalı ötən il 5% artıb
# 14 yanvar 2022 16:39 (UTC +04:00)

Azərbaycanda ötən il sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 54,5 mlrd. manatlıq və ya 2020-ci illə müqayisədə 5,2% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 18,9% artmıb.

Sənaye məhsulunun 64,5%-i mədənçıxarma sektorunda, 29,9%-i emal sektorunda, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,1%, əmtəəlik qaz hasilatı 23% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR