Azərbaycanda yol təsərrüfatına 700 min manatlıq ziyan dəyib

Azərbaycanda yol təsərrüfatına 700 min manatlıq ziyan dəyib
# 01 mart 2023 12:18 (UTC +04:00)

Ötən il Azərbaycanda yol-nəqliyyat hadisəsi nəticəsində yol təsərrüfatına 699 146 manat məbləğində maddi ziyan dəyib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, 2022-ci il ərzində dəymiş ziyanın 505 980,4 manatı (72,4 %) ödənilib.

“Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə 16 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə, 66 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığından, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub”, - məlumatda bildirilir.

Məlumata görə, 2022-ci il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 626 yol-nəqliyyat hadisəsi (Bakı şəhərində 107) baş verib. Bunun nəticəsində 8 148 pm əyrixətli tirlər, 110 ədəd beton bordür, 161 pm mühafizə çəpərləri, 25 işıq dirəyi, 34 ədəd yol nişanı, 7 ədəd məlumat lövhəsi, 5 ədəd səsboğucu lövhə və 38 m körpü məhəccəri yararsız hala düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR