Ötən il Azərbaycanda küləklə işləyən stansiyalar 89 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da illik müqayisədə 6,7% azdır.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2021-ci ildə günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən isə 54,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (+18,3%).
Qeyd edək ki, ötən il Azərbaycanda 25 958,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 0,5% çoxdur. İstehsal edilən əmtəəlik elektrik enerjinin həcmi ötən il 25 163,5 mln. kVt-saat təşkil edib (+8,4%).
Ölkədə istehsal edilən elektrik enerjinin 23 776,4 mln. kVt-saat istilik (+7,9%), 1 243,9 mln. kVt-saat su elektrik (+19,8%) stansiyaların payına düşüb.