Azərbaycanın neft məhsullarının ixracından gəlirləri 55%-dən çox artıb

Azərbaycanın neft məhsullarının ixracından gəlirləri 55%-dən çox artıb
# 16 mart 2023 16:50 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayında Azərbaycan 97 854,6 min ABŞ dolları dəyərində 150 439,57 ton neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 56,3%, həcmi isə 28,32% artıb.

Xatırladaq ki, ötən il Azərbaycan 527 355,16 min ABŞ dolları dəyərində 770 815,85 ton neft məhsulları ixrac edib. Hesabat dövründə ölkənin ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 18,8%, həcmi isə 42,6%-ə yaxın azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR