Azərbaycanın "Şahdəniz"dən gəlirləri dəfələrlə artıb

Azərbaycanın "Şahdəniz"dən gəlirləri dəfələrlə artıb
# 19 aprel 2022 12:57 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 359 125 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 12,3 dəfə çoxdur.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.04.2022 tarixinə) 62 494 min dollar olub, bu da 2,14 dəfə artım deməkdir.

Məlumata görə, ARDNF-nin "Şahdəniz" yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri (2007-ci ildən etibarən) 4 911 mln. dollar (01.04.2022 tarixinə) təşkil edib.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR