"Azəriqaz" havaların soyuması ilə bağlı tənzimləmə işlərinə başlayıb

"Azəriqaz" havaların soyuması ilə bağlı tənzimləmə işlərinə başlayıb
# 01 noyabr 2019 12:00 (UTC +04:00)

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi qazın təzyiqini istehlaka uyğun olaraq tənzimləyir.

Bunu "APA-Economics"ə "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov deyib.

Onu sözlərinə görə, bu proses havanın soyuması nəticəsində qaz istehlakının artması səbəbindən aparılır: "Bu proses birdən-birə deyil, mərhələli şəkildə aparılır".

Qeyd edək ki, İstehsalat Birliyi ölkənin bütün regionlarını əhatə edən 2,2 milyondan çox istehlakçını təbii qazla təmin edir. Bu funksiyanın icrası üçün qaztənzimləyici məntəqələrdən və şkaflardan, boru kəmərlərindən və digər çoxsaylı texniki-texnoloji obyektlərdən ibarət olan mürəkkəb qazpaylama sisteminin optimal idarəetmə mexanizmi mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR