"Azəriqaz"ın rəhbəri dəyişib

"Azəriqaz"ın rəhbəri dəyişib
# 01 noyabr 2019 11:49 (UTC +04:00)

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin rəhbəri tutduğu vəzifədən azad olunub.

"Azəriqaz" İB-dən "APA-Economics"ə verilən məlumata görə, "Azəriqaz"ın baş direktoru Əkbər Hacıyev tutduğu vəzifədən azad edilib. "Azəriqaz"ın baş direktoru vəzifəsinə İB-nin baş direktorunun müavini Ruslan Əliyev təyin olunub.

İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev isə Qaz İxrac İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR