"Azərişıq" Şamaxı və Masallıda yenidənqurma işlərinə başlayıb - VİDEO

"Azərişıq" Şamaxı və Masallıda yenidənqurma işlərinə başlayıb - VİDEO
# 10 fevral 2022 18:41 (UTC +04:00)

"Azərişıq" ASC yeni ildən etibarən regionlarda yeni layihəyə start verib. Bu il ərzində ümumilikdə, müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.

"APA-Economics"ə bu barədə ASC-dən məlumat verilib. Layihə çərçivəsində Şamaxının Mədrəsə qəsəbəsi, Kərkənc, Zarat Xeybəri, Səfalı, Ərçiman kəndlərinin elektrik şəbəkəsində yenidənqurma işlərinə başlanılıb.

Görüləcək işlər çərçivəsində ümumilikdə, 885 abonentin yaşadığı 1 qəsəbə və 4 kənd ərazisində 13 ədəd Komplekt Transformator Mənqətəsi quraşdırılacaq, 59 km-a yaxın 10 kV-luq, 32 km-a yaxın 0,4 kV-luq elektrik xətləri və abonentlərin sayğacları yenilənəcək.

Masallı rayonunun 4 kəndinin də elektrik şəbəkəsi yenidən qurulur. Xırmandalı, Eminli, Ərəb və Molloba kəndlərində işlərə başlanılıb. Ümumilikdə, 1980 abonentin yaşadığı bu 4 kənd ərazisində 32 ədəd komplekt transformator mənqətəsi quraşdırılacaq, 50 km-dan çox 10 kV-luq, 130 km-a yaxın 0,4 kV-luq xətləri və abonentlərin sayğacları yenilənəcək.

Xatırladaq ki, yeni layihə çərçivəsində digər regionlarda da işlər davam edir. Elektrik şəbəkəsi yenidən qurulan növbəti kəndlər haqqında da qarşıdakı günlərdə əlavə məlumatlar veriləcək.

© APA | Şamaxı və Masallı kəndlərində yenidənqurma işlərinə başlanılıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR