“Azneft”in rəhbəri: ""Neft Daşları"nda gündəlik hasilat 4200 tona kimi artırılacaq"

“Azneft”in rəhbəri: ""Neft Daşları"nda gündəlik hasilat 4200 tona kimi artırılacaq"
# 19 iyul 2022 14:38 (UTC +04:00)

"Neft Daşları"nda gündəlik hasilat 2022-ci ilin sonuna 3500 tona kimi artırılacaq.

Bunu "APA-Economics"ə açıqlamasında “Azneft” İstehsalat Birliyinin baş direktoru Şahmar Hüseynov deyib.

O bildirib ki, artım qazmadan alınacaq və istismarı yenidən bərpa ediləcək quyuların hesabına baş verəcək: ”Bu ilin sonuna kimi 12 quyunun istismara qaytarılması planlaşdırılıb. Artıq beş quyuda istismar bərpa edilib. Hazırda gündəlik 80-100 ton neft hasil edə biləcəyimiz quyunun üzərində işlər gedir. Qısa zamanda orada da işlər bərpa ediləcək. İndi gündəlik 3050-3070 ton neft hasil ediriksə, ilin sonuna bu rəqəm 3500 tonu keçəcək”.

Şahmar Hüseynov deyib ki, Neft Daşlarında gündəlik hasilat növbəti illər üzrə də artmaqda davam edəcək: “Artım layihələrdən asılı olacaq. Bizim itkilərimiz də var, sulaşma (laya vurulan su) da var. Bunları nəzərə alaraq gündəlik istehsalı hər il 300-400 ton artırmaq mümkün olacaq. Ümumilikdə isə 4000-4200 tona qədər artımın olacağını gözləyirik.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR