Bakının üç rayonunun qaz təchizatında fasilə yaranacaq

Bakının üç rayonunun qaz təchizatında fasilə yaranacaq
# 07 yanvar 2022 11:07 (UTC +04:00)

Bakının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

APA-nın məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, Nəsimi rayonu ərazisində daşıyıcı qaz xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmənin yenisi ilə əvəz olunması və Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə ünvanında daşıyıcı qaz xəttinin yerinin dəyişdirilərək polietilen qaz xətti ilə əvəzlənməsi və təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar 07.01.2022-ci il tarixdə saat 11:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun Asif Məhərrəmov, 20 Yanvar, Mir Cəlal, Alı Mustafayev, Ceyhun Səlimov, C.Məmmədquluzadə küçələrinin, 2, 3, 4 və 5-ci mikrorayonların, Binəqədi rayonunun Xutor yaşayış massivi ərazisinin RİQ-1, 325, 321 saylı qazanxanaların, Mərkəzi Hərbi Klinik Hospitalın və Yasamal rayonu ərazisində “Main” Yaşayış Kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR