Bəzi rayonların qaz təchizatında fasilə yaranacaq

Bəzi rayonların qaz təchizatında fasilə yaranacaq
# 06 sentyabr 2022 10:25 (UTC +04:00)

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissənin dəyişdirilməsi, 2 ədəd futlyarların quraşdırılması və kəmərin müvafiq hissəsində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, 07.09.2022-ci il tarixdə təmir işlərinin görülməsi planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə saat 08:30-dan İmişli rayonunun (tam olaraq), Cəbrayıl rayonundan məcburi köçkün düşmüş sakinlərin Biləsuvar rayonu ərazində kompakt yaşadığı 11 qəsəbənin, Saatlı rayonu üzrə Məzrəli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR