BP-nin bərpa olunan enerji bölməsinin rəhbəri vəzifəsindən gedir

BP-nin bərpa olunan enerji bölməsinin rəhbəri vəzifəsindən gedir
# 14 sentyabr 2021 15:24 (UTC +04:00)

Böyük Britaniyanın enerji nəhəngi sayılan BP şirkətinin bərpa olunan enerji bölməsinin rəhbəri Dev Sanyal ilin sonunda şirkətdən ayrılacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə BP-nin açıqlamasında deyilir.

Qeyd olunub ki, 32 il şirkətdə çalışan Sanyalın ayrılması xəbəri BP-nin bərpa olunan enerji biznesini aktiv şəkildə inkişaf etməsi fonunda gözlənilməz oldu.

Bölmənin yeni rəhbəri əvvəllər "RWE Renewables" şirkətinin baş direktoru işləyən Anya-İzabel Dotsenrat olacaq. O, 1 mart 2022-ci il tarixindən etibarən vəzifəsinin icrasına başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR