BP: "Şahdəniz-2" üzrə pik hasilat bu il qeydə alınacaq

BP: "Şahdəniz-2" üzrə pik hasilat bu il qeydə alınacaq
# 26 yanvar 2023 12:58 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahidəniz" qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi üzrə pik hasilata bu il çatmaq mümkün ola bilər.

"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ötən il "Şahdəniz"də hasılat planlaşdırıldığından daha artıq səviyyədə olub və bu artım davam edir. Hazırda yataq üzrə əməliyyatların effektivliyi 99% təşkil edir. Ötən il qiymətlərin yuxarı olduğu dövrdə nəzərdə tutulandan, illik plandan əlavə həcmlərin hasil olunması həm ölkə üçün, həm də investorlar üçün əlavə gəlirlər demək idi.

"Bu tendensiya bu il də davam edəcək. Biz ümid edirik ki, hasilatın artım tempini qoruyub saxlaya biləcəyik və nəhayət ki, bu il ərzində "Şahdəniz-2" mərhələsi üzrə pik hasilata çatmaq imkanımız olacaq", - Bəxtiyar Aslanbəyli qeyd edib.

O əlavə edib ki, ötən il iş planında nəzərdə tutulmuş həcmlərdə artıq hasilat göstəricilərinin əldə olunması yeni texnologiyaların, iş planına lazımi düzəlişlərin və quyuların məhsuldar olması hesabına mümkün olub.

Xatırladaq ki, "Şahdəniz-2" üzrə pik hasilat ötən ilin sonunda gözlənilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR