BP və tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə bu il 2,2 mln. dollar xərcləyib

BP və tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə bu il 2,2 mln. dollar xərcləyib
# 05 noyabr 2019 13:40 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda 2,2 mln. ABŞ dolları xərcləyib.

BP-dən “APA-Economics”ə verilən məlumata görə, ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

Qeyd edək ki, sosial layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni inkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR