BTC kəməri ilə tranzit neftin nəqli 39% azalıb

BTC kəməri ilə tranzit neftin nəqli 39% azalıb
# 17 iyul 2019 09:47 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 16 mln. yaxın neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5% azdır.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə BTC kəməri ilə 2,3 mln. tondan artıq tranzit nefti də nəql edilib. Bu, illik müqayisədə 39% azdır.

Komitənin məlumatına əsasən, ötən dövr ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 19,7 mln. tondan artıq neft nəql edilib (3%-lik azalma).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR