Rusiya neftinin orta qiyməti bu il 7,4% azalıb

Rusiya neftinin orta qiyməti bu il 7,4% azalıb
# 02 sentyabr 2019 16:33 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Urals markalı (Rusiyanın ixrac markası) neftin orta qiyməti bir barel üçün 64,54 dollar təşkil etdi, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4% azdır.

APA-Economics”in Rusiyanın Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, 2018-ci ilin yanvar-avqust aylarında Urals markalı neftin orta qiyməti 69,73 dollar təşkil edib. Beləliklə, cari ildə qiymət 7,4% və ya 5,19 dollar azalıb.

Ötən ilin nəticələrinə görə, Urals markalı neftin orta qiyməti 32% artaraq bir barel üçün 70,01 dollara çatmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR