BVF 2022-ci ildə neftin qiymətinin 55% artacağını proqnozlaşdırır

BVF 2022-ci ildə neftin qiymətinin 55% artacağını proqnozlaşdırır
# 19 aprel 2022 17:29 (UTC +04:00)

Bu il neftin orta qiyməti əvvəlki illə müqayisədə 54,7%, qazın qiyməti isə təxminən 147% artacaq.

Bu barədə “APA-Economics” Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına istinadən xəbər verir.

Proqnoza əsasən, 2022-ci ildə neftin orta qiyməti bir barel üçün 106,83 ABŞ dolları yüksələcəksə, 2023-cü ildə isə yenidən 13,3% azalaraq 92,63 dollaradək enəcək.

Oxşar vəziyyət 2022-ci ildə təbii qaz qiymətlərində də müşahidə olunacaq, lakin artım daha da yüksək olacaq - təxminən 147%. Fond hesabatda qazın proqnozlaşdırılan qiymətini təqdim etmir, yalnız onun dinamikası qeyd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR