BVF neftin qiyməti üzrə proqnozunu artırıb

BVF neftin qiyməti üzrə proqnozunu artırıb
# 23 iyul 2019 17:59 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) neftin bir barelə olan qiyməti üzrə 2019-2020-ci illər üçün proqnozlarını 65,52 və 63,88 ABŞ dollarınadək artırıb (artım müvafiq olaraq 6,36 dollar və 4,86 dollar). Bu barədə “APA-Economics” BVF-nin “World Economic Outlook” hesabatına istinadən xəbər verir.

“Ötən il neftin bir barelə olan təxmini orta qiyməti 68,33 dollar olub. Bazar fyuçerslərinə əsaslanan neftin 2019-cu il üçün təxmin edilən qiyməti 65,52 dollar, 2020-ci il üçün isə 63,88 dollar səviyyəsində proqnozlaşdırılır", - deyə Fondun hesabatında bildirilir.

Qeyd edək ki, cari ilin aprelində BVF 2019-cu il üçün neftin qiymətini 59,16 dollar, 2020-ci il üçün isə 59,02 dollar səviyyəsində proqnozlaşdırırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR