Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü 11%-dək artırılıb

Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü 11%-dək artırılıb
# 05 may 2022 13:16 (UTC +04:00)

Cari ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəməri (CQBK) və onun genişləndirilmiş hissəsi (genişləndirilmiş boru kəməri – CQBKG) üzrə əməliyyat xərcləri 14 mln. ABŞ dolları olub. Bu göstərici 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7,7% artıb.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2022-ci ilin birinci rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövründə CQBK və CQBKG üzrə əsaslı xərcləri təqribən 0,3 mln. dollar olub ki, bu da illik müqayisədə 85% azdır.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG (Cənub Qaz Dəhlizi çərçivəsində) isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Hesabata əsasən, hesabat dövründə CQBK-nin gündəlik orta ötürücülük gücü 56,2 mln. kubmetr olub ki, bu da illik müqayisədə 10,8% çoxdur.

CQBK-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, "SOCAR Midstream Operations" isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR