Dünya bazarında neft ucuzlaşıb 

Dünya bazarında neft ucuzlaşıb 
# 18 iyun 2022 08:00 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin avqust müqaviləsinin dəyəri 5,6% azalaraq 1 barelə görə 113,12 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 6,8% azalaraq 109,56 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR