EIA neftin qiyməti üzrə proqnozunu korrektə edib

EIA neftin qiyməti üzrə proqnozunu korrektə edib
# 08 fevral 2023 09:23 (UTC +04:00)

ABŞ Energetika Nazirliyi 2023-cü ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozu 83,1 ABŞ dollarından 83,63 dollarınadək endirib.

"APA-Economics"in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2024-cü ildə neftin qiyməti 77,57 dollar təşkil edə bilər (proqnoz dəyişməyib).

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2023-cü ildə 77,84 dollar (öncəki proqnoz – 77,18 dollar), 2024-cü ildə isə 71,57 dollar (proqnoz dəyişməyib) səviyyəsində olacağı ehtimal olunur.

Qeyd olunur ki, ötən il "Brent"in ortalama qiyməti 100,94 dollar, WTI-ın isə 94,91 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR