Energetika Nazirliyinin gəlirləri 14% artıb

Energetika Nazirliyinin gəlirləri 14% artıb
# 29 aprel 2022 19:00 (UTC +04:00)

Ötən ilin nəticələrinə görə Azərbaycan Respublikası Energetika Nazirliyinin gəlirləri 9 473 972 manat təşkil edib, bu da illik müqayisədə 14% artım deməkdir.

Bu barədə “APA-Economics” Nazirliyin 2021-ci il üzrə maliyyə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir.

Hesabata əsasən, Nazilirlik tərəfindən əldə olunan gəlirlərin 9 471 947 manatı qeyri-birja əməliyyatlarının, 2 025 manatı isə birja əməliyyatlarının payına düşüb.

Qeyd etmək lazımdır ki, 2020-ci ildə Nazirliyin gəlirləri 8 306 568 manat təşkil edib, bunların 8 096 624 manatı manatı qeyri-birja əməliyyatlarından, 3 750 manatı isə birja əməliyyatlarından əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR