"Equinor" gələn il Azərbaycanda kəşfiyyat quyusu qazacaq

"Equinor" gələn il Azərbaycanda kəşfiyyat quyusu qazacaq
# 02 iyul 2019 13:46 (UTC +04:00)

Norveçin “Equinor” şirkəti 2020-ci ilin birinci yarısında “Aypara” perspektiv strukturunda ilk kəşfiyyat quyusunun qazmasını bitirməyə planlaşdırır. Bu barədə “APA-Economics”ə Azərbaycanın neft-qaz sektorundakı etibarlı mənbə bildirib.

Qeyd edək ki, şirkət ilk quyunun qazmasına 2020-ci ilin birinci rübündə başlamağa planlaşdırır. Qazma işləri dənizin 140 metr dərinliyində üzən qazma qurğusundan aparılacaq.

Mənbənin sözlərinə görə, ”Aypara-1” quyusunun qazılmasına üç aya qədər vaxt tələb oluna bilər. İşlərin təxminən may-iyun aylarında bitməsi gözlənilir.

Xatırladaq ki, SOCAR və “Equinor” şirkətləri arasında 2018-ci ilin may ayında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” və “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında sazişlər imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR