Gürcüstan elektrik enerjisinin idxalını 15% artırıb

Gürcüstan elektrik enerjisinin idxalını 15% artırıb
# 01 noyabr 2019 16:04 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan 1 217 mln. kV-saat elektrik enerjisi idxal edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15% çoxdur.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Enerjisi Sistemi Kommersiya Operatorunun (ESCO) hesabatında deyilir.

Hesabata əsasən, cari ilin oktyabr ayında Gürcüstan 196,7 mln. kV-saat elektrik enerjisi idxal edib. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15% azdır.

Oktyabrda Gürcüstanın elektrik enerjisi idxalını illik müqayisədə azalması havaların isti keçməsi ilə əlaqələndirilir. Oktyabrda idxal edilən elektrik enerjisinin 99%-i Rusiyanın payına düşüb (194,02 mln. kV-saat).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR