IEA: Dünya bazarında neftə olan tələbat artıb

IEA: Dünya bazarında neftə olan tələbat artıb
# 15 noyabr 2019 15:24 (UTC +04:00)

Bu ilin III rübündə dünya bazarında neftə olan gündəlik tələbat 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,1 mln. barel artıb.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin (IEA) dərc etdiyi aylıq hesabata istinadən xəbər verir.

Hesabatda qeyd edilir ki, bu göstərici 2019-cu ilin II rübündə qeydə alınan rəqəmdən (gündəlik 435 min barel) iki dəfədən çoxdur.

Çinin neftə olan tələbatı 2019-cu ilin III rübündə 640 min barel artıb ki, bu da qlobal tələbatın yüksəlişində ən böyük amil olub.

Agentlik cari ilin IV rübündə qlobal artımın gündəlik 1,9 milyon barelə qədər sürətlənməsini gözləyir.

Oktyabr ayında dünya neft bazarında “qara qızıl”ın gündəlik tədarükü 1,5 mln. barel artıb. Buna səbəb olaraq Səudiyyə Ərəbistanı istehsalı normal vəziyyətə qayıtması və Norveç, Kanada və ABŞ-da artımın baş verməsi göstərilir.

Qeyd edək ki, hesabat dövründə OPEC ölkələrinin xam neft hasilatı gündəlik 29,9 mln. barel təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR