İtaliya qaz anbarlarının 90%-ni vaxtından əvvəl doldurub

İtaliya qaz anbarlarının 90%-ni vaxtından əvvəl doldurub
# 28 sentyabr 2022 13:17 (UTC +04:00)

İtaliya qaz anbarlarının 90%-ni vaxtından əvvəl doldurub.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin ekoloji keçid məsələləri üzrə nazirlik məlumat yayıb.

İtaliyanın ekoloji keçid məsələləri üzrə naziri Roberto Cinqolaninin sözlərinə görə, qeyd olunan nəticə daha da iddialı bir məqsəd qoymağa imkan verir – anbarların dolululuq səviyyəsini 92-93%-ə çatdırmaqd. Bu da, öz növbəsində, qışda istehlakın pik həddə çatması halında daha çox çevikliyi təmin etmək üçün imkan yaradacaq.

Xatırladaq ki, 2020-ci ilin dekabrın 31-dən Azərbaycandan Avropaya Trans-Adriatik kəməri vasitəsilə qazın ixracına başlanılıb. Bu istiqamət üzrə nəql edilən Azərbaycan qazının böyük hissəsi İtaliyaya tədarük olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR