Kəlbəcərdə daha 45,5 kv/km sahə “AzerGold”un ixtiyarına veriləcək

Kəlbəcərdə daha 45,5 kv/km sahə “AzerGold”un ixtiyarına veriləcək
# 13 mart 2023 14:05 (UTC +04:00)

2023-cü il ərzində geoloji işlərin davam etdirilməsi üçün Kəlbəcərdə daha 45,5 kvadrat kilometr sahə ANAMA tərəfindən minalardan təmizlənərək, çöl tədqiqatlarının davam etdirilməsi üçün “AzerGold” QSC-nin geoloji heyətinin ixtiyarına veriləcək.

"APA-Economics" “AzerGold” QSC-nin yaydığı məlumata istinadən xəbər verir ki, qurum torpaqların minalardan təmizlənməsi üçün tələb olunan vaxt itkisini qismən kompensasiya etmək məqsədilə innovativ kəşfiyyat metodlarından istifadə edir.

“Buna görə də, 2022-ci ildə təkcə Kəlbəcər rayonunu deyil, Laçın rayonunun da bir hissəsini əhatə edən 1624 kvadrat kilometr sahədə Qafqaz regionunda ilk dəfə olaraq qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişləri həyata keçirilib və bu proses cari il ərzində də davam etdirilir”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR