KİV: Türkiyə Rusiya ilə qaz qiymətlərinə endirim məsələsini müzakirə edəcək

KİV: Türkiyə Rusiya ilə qaz qiymətlərinə endirim məsələsini müzakirə edəcək
# 08 dekabr 2022 14:33 (UTC +04:00)

Türkiyə nümayəndələri cümə günü Ankarada Rusiya nümayəndə heyəti ilə danışıqlar aparmağı planlaşdırır və bu danışıqlarda Rusiyadan idxal olunan qaza 25%-dən çox endirimin tətbiqi ilə bağlı müzakirələr aparılacağını gözləyir.

APA-Economics" xəbər verir ki, bu barədə “Bloomberg” Türkiyənin yüksək rütbəli rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Ankara güzəştin 2023-cü il ödənişlərinə və 2022-ci ildə edilən bəzi ödənişlərə tətbiq edilməsini hədəfləyir. Türkiyə istədi endirimi əldə edə bilməsə, o zaman ödənişlərin 2024-cü ilə qədər təxirə salınmasına çalışacaq.

Agentliyin məlumatına görə, saziş bağlanacağı təqdirdə lirəyə təzyiqləri azaldacaq və 2023-cü ildə keçiriləcək prezident seçkiləri ərəfəsində enerji qiymətlərinin artmasının qarşısını alacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR