Naxçıvanda sənaye məhsulu istehsalı artıb

Naxçıvanda sənaye məhsulu istehsalı artıb
# 21 iyul 2022 10:36 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 590,69 mln. manat dəyərində sənaye məhsulu istehsal olunub.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Econonics"ə verilən məlumata görə, bu, bir il öncəki göstəricini 2,1% üstələyib.

Sənaye məhsulu istehsalının 94,2%-i malların, 5,8%-i isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92% təşkil edib.

Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2022-ci ilin yanvar-iyun aylarında 8,5 mln. kredit verilib ki, bu da bir il öncəki göstəricidən 10,1% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR