Nazir: "Cənub Qaz Dəhlizi" qitənin dekarbonizasiya prosesinə öz töhvəsini verəcək

Nazir: "Cənub Qaz Dəhlizi" qitənin dekarbonizasiya prosesinə öz töhvəsini verəcək
# 24 iyun 2019 16:36 (UTC +04:00)

"Cənub Qaz Dəhlizi"nin qitənin dekarbonizasiyası prosesinə öz töhfəsini verəcək.

Energetika Nazirliyindən "APA-Economics" verilən məlumata görə, bu barədə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Sankt-Peterburqda keçirilən 6-cı Gənclər Forumu zamanı söyləyib.

Çıxışı zamanı nazir ölkənin energetika sektorunda aparılan islahatların mühüm bir hissəsi kimi bərpa olunan enerji, enerji səmərəliliyi sahələrində görülən işləri də diqqətə çatdırıb.

Şahbazovun sözlərinə görə, hazırda dünya üzrə enerji istehlakında ənənəvi enerji resurslarının 84,7%-lik payı ilə müqayisədə hidroenerji daxil olmaqla bərpa olunan enerji mənbələrinin payı 10,9%-dir. Bununla belə son illər bərpa olunan enerji ilə bağlı inkişaf yüksələn xətt üzrə gedir və xərclərin sürətlə azalması ilə bərpa olunan enerji mənbələrinin rəqabət qabiliyyətinin artması, eləcə də texnologiyalar bu prosesə dəstək verir.

"Qlobal enerji transformasiyası 21-ci əsrin geosiyasi xəritəsinin yenidən tərtibində mühüm rol oynayacaq. Bu xəritə yüz ildən artıq bir müddətdə mövcud olan və ənənəvi enerji əsasında formalaşmış geosiyasi xəritədən çox fərqlənəcək", - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR