“Neft Daşları”nda istismar quyusunda açıq fontan ləğv edilib - YENİLƏNİB

“Neft Daşları”nda istismar quyusunda açıq fontan ləğv edilib - YENİLƏNİB
# 28 avqust 2022 17:05 (UTC +04:00)

“Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin 1541 saylı estakadayanı meydançasında istismar quyusunda açıq fontan ləğv edilib.

SOCAR-ın Böhran vəziyyətləri və fövqəladə hallar üzrə komissiyasından APA-ya verilən xəbərə əsasən, “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin 1541 saylı estakadayanı meydançasında istismar quyusunda qeydə alınan açıq fontan tam lokallaşdırılıb və quyu bağlanılaraq nəzarətə götürülüb.

Fontanın ram edilməsi prosesində "Neft Daşları" NQÇİ-nin, SOCAR-ın Sənaye Təhlükəsizliyi İdarəsinin tullanışa qarşı operativ qrupu və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən bütün texniki və təşkilati tədbirlər vaxtında və keyfiyyətlə həyata keçirilib.

Hadisə nəticəsində yanğın baş verməyib, xəsarət alan olmayıb.

***

saat 16.42

Avqustun 28-də səhər saatlarında “Azneft” İB-nın “Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsinin 1541 saylı estakadayanı meydançasında istismar quyusunda aparılan təmir işləri zamanı quyu açıq fontana keçib.

“Azneft” İB-dən APA-ya verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb və yanğın qeydə alınmayıb.

Meydançada işlək quyuların fəaliyyəti dayandırılıb, orada işləyən əməkdaşlar təhlükəsiz əraziyə uzaqlaşdırılıb və bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Fontanın ram edilməsi istiqamətində, SOCAR-ın, Sənaye Təhlükəsizliyi İdarəsinin tullanışa qarşı operativ qrupunun və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən texniki və təşkilati tədbirlər davam etdirilir.

Hadisə ilə əlaqədar, SOCAR-ın Böhran vəziyyətləri və fövqəladə hallar üzrə komissiyası prosesi Baş ofisin Böhran Mərkəzində qaydalara uyğun olaraq idarə edir.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR