ARDNF-ın illik maliyyə hesabatlarının Azərbaycan Prezidentinə təqdim edilmə müddəti dəyişib

ARDNF-ın illik maliyyə hesabatlarının Azərbaycan Prezidentinə təqdim edilmə müddəti dəyişib
# 19 iyul 2019 19:31 (UTC +04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

APA-nın məlumatına görə, dəyişiklik Fondun illik maliyyə hesabatlarını təqdim edilməsi müddəti ilə bağlıdır.

İndiyə qədər Fondun icraçı direktoru Fondun illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il aprel ayının 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edib.

Dəyişikliyə əsasən, artıq hesabat aprel deyil, iyunun 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR