Neft treyderləri üçün 2021-ci il əlverişli olub

Neft treyderləri üçün 2021-ci il əlverişli olub
# 29 dekabr 2021 12:12 (UTC +04:00)

Neft treyderləri üçün bu il əlverişli olub. İl ərzində bir neçə çətin ay istisna olmaqla, neftin bir barelinin qiyməti davamlı olaraq yüksəlib və nəticədə 35%-dən çox artaraq 55 ABŞ dollarından 75 dollara yüksəlib.

"APA-Economics"in məlumatına görə, artıq mart ayında "Brent" markalı etalon neftinin qiyməti COVID-19 pandemiyasının başlanmasından bəri ilk dəfə bir barel üçün 70 dollar səviyyəsini keçə bilib, lakin koronavirusun yeni dalğası kotirovkaları aşağı salıb.

Qeyd edək ki, koronavirus pandemiyasının yeni ştamları və dalğaları fonunda il ərzində neft ucuzlaşsa da, hər dəfə yenidən yüksən göstəriciyə qayıdıb. Oktyabr ayında qiymət hətta 80 dolları ötüb və ilin sonuna 70 dollardan yuxarı səviyyədə sabitləşib.

RİA "Novosti"yə müsahibə verən "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin təbii sərvətlər və əmtəə məhsulları qrupunun direktoru Dmitri Marinçenkonun sözlərinə görə, qiymətlərin artması iki amillə bağlı olub – tələbatın bərpası və "OPEC+"ın ehtiyatlı siyasəti. Belə ki, "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması iştirakçıları neft hasilatının istehlak artımından bir qədər yavaş artırıb.

Nəticədə bazarda qıtlıq yaranıb, bu da 2020-ci il ərzində yığılan artıq neft ehtiyatların "həzm edilməsinə" kömək edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR