Neft ucuzlaşıb

Neft ucuzlaşıb
# 10 may 2022 09:12 (UTC +04:00)

Dünya bazarlarında neftin qiymətində müşahidə edilən ucuzlaşma, bu gün də sürətlənərək davam edib.

"APA-Economics" xəbər verir ki, ABŞ xam nefti və Brent nefti 1 faizdən çox ucuzlaşıb. Bakı vaxtı ilə saat 08:40-da Brent nefti 1,25% ucuzlaşma ilə 104,62 dollara satışa çıxarılıb.

Qeyd edək ki, Avropa İttifaqının Rusiya nefti ilə bağlı embarqo planını yumşaldacağına dair xəbər axını neft bazarlarına təsir göstərib. Avropa Birliyinin daxili müzakirələrdən sonra Rusiya neftinə tətbiq edəcəyi sanksiyaları yumşaltması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR