Neftə tələbat 2050-ci ildən sonra da qalacaq - PROQNOZ

Neftə tələbat 2050-ci ildən sonra da qalacaq   - PROQNOZ
# 24 dekabr 2021 16:37 (UTC +04:00)

Dünyada neftə olan tələbat ən azı yaxın 10-15 il ərzində hazırkı həcmdə olacaq və onun istehlakı 2050-ci ildən sonra da davam edəcək.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

O qeyd edib ki, ilkin proqnozlara görə, 2040-cı ildə müxtəlif ssenarilərdə neftə gündəlik tələbat 74-114 mln. barel təşkil edəcək. 2019-cu ildə bu göstərici 100 mln. barel olub.

Novakın sözlərinə görə, 2050-ci ilə qədər neftin qiyməti hələ də kifayət qədər yüksək olaraq qalacaq – bir barel üçün 40-70 dollar diapazonunda.

Baş nazirinin müavini onu da əlavə edib ki, 2040-cı ilədək enerji balansının 70%-dən çoxu ənənəvi enerji daşıyıcıların payına düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR