OPEC Azərbaycanda maye karbohidrogenlər hasilatı üzrə proqnozunu dəyişməyib

OPEC Azərbaycanda maye karbohidrogenlər hasilatı üzrə proqnozunu dəyişməyib
# 11 avqust 2022 17:13 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2022-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici 800 min barel səviyyəsində olacaq, bu, iyul ayında verilən proqnoza bərabərdir.

Hesabata əsasən, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 700 min barel səviyyəsində olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel səviyyəsində olub. 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR