OPEC+ ölkələri martda razılaşma planını 157% yerinə yetiriblər

OPEC+ ölkələri martda razılaşma planını 157% yerinə yetiriblər
# 04 may 2022 15:19 (UTC +04:00)

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalını azaltması üzrə təşəbbüs) ölkələri mart ayında neft hasilatının azaldılması ilə bağlı razılaşma planını 157% yerinə yetiriblər.

Bu barədə “APA-Economics” “OPEC+”ın texniki komitəsinin hesabatına istinadən xəbər verir.

Məlumata görə, mart ayında “OPEC+” ölkələri üçün icazə verilən hasilat səviyyəsi gündəlik 41,296 mln. barel, faktiki hasilat səviyyəsi isə daha aşağı – 39,843 mln. barel olub.

Eyni zamanda, OPEC ölkələri hasilatı sutkada nəzərdə tutulan 1,62 mln. barel əvəzinə 2,5 mln. barel azaltmaqla razılaşmanı 155% yerinə yetiriblər. Razılaşmada iştirak edən qeyri-OPEC ölkələri, hasilatı icazə verilən 0,936 mln. barel əvəzinə 1,5 mln. barel azaldaraq, razılaşma planını 161% yerinə yetiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR