Ötən il Naxçıvana tədarük olunan qazın həcmi açıqlanıb

Ötən il Naxçıvana tədarük olunan qazın həcmi açıqlanıb
# 17 mart 2023 11:22 (UTC +04:00)

Azərbaycan üzrə 2022-ci il ərzində satılan 16,3 mlrd. kubmetr təbii qazın 13,5 mlrd. kubmetri, 254,1 min ton maye qazın isə bütün həcmi daxili bazara yönəldilib.

APA-Economics” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib. Qeyd olunan həcmdən əhali istehlakçılarına 3,9 mlrd. kubmetr təbii qaz verilib.

"Daxili bazarda satış əvvəlki illə müqayisədə 3,1% artıb, 2 872,4 mln. kubmetr qaz ixrac olunub”, - məlumatda qeyd olunur.

Hesabata əsasən, ötən il tələbata uyğun olaraq Naxçıvan Muxtar Respublikası 285,5 mln. kubmetr təbii qazla təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR