Özbəkistanda elektrik enerjisinin verilişində fasilələr tətbiq ediləcək

Özbəkistanda elektrik enerjisinin verilişində fasilələr tətbiq ediləcək
# 06 yanvar 2023 12:34 (UTC +04:00)

Özbəkistanda gələn həftə gözlənilən şaxta ilə əlaqədar elektrik enerjisinin verilişində yenidən fasilələr tətbiq ediləcək.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

“Enerji sistemində baş verə biləcək böyük qəzaların qarşısının alınması və bütün istehlakçıların elektrik enerjisi ilə bərabər şəkildə təmin edilməsi məqsədilə yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq qrafik əsasında qısamüddətli fasilələr tətbiq olunacaq”, - məlumatda bildirilir.

Qeyd olunur ki, iri istehsalat müəssisələrinin təbii qaz təchizatı kəskin şəkildə azalacaq. İri obyektlər üzrə gündəlik elektrik enerjisi istehlakı məhdudlaşdırılacaq və qənaət edilən 11-12 mln. kVt-saat enerjinin əhalinin tələbatına yönəldiləcək.

Xatırladaq ki, dekabrın əvvəlində Özbəkistan soyuq havada daxili istehlakın artması səbəbindən təbii qaz ixracını tamamilə dayandırıb. Respublikada şaxtalı hava və mavi yanacağın qıtlığı səbəbindən elektrik enerjisinin verilişində planlı fasilələr yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR