“Petrobras” ABŞ-ın xahişi ilə neft hasilatını artırmaqdan imtina edib

“Petrobras” ABŞ-ın xahişi ilə neft hasilatını artırmaqdan imtina edib
# 10 may 2022 16:29 (UTC +04:00)

ABŞ rəsmiləri mart ayında Braziliyanın dövlət neft şirkəti olan "Petrobras"dan Ukraynadakı vəziyyətlə əlaqədar yüksələn enerji daşıyıcıları qiymətlərinin fonunda neft hasilatını artırmağı xahiş etsə də, onlara rədd cavabı verilib.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə “Reuters” məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, şirkət nümayəndələri imtinalarını onunla izah ediblər ki, neft hasilatının səviyyəsinin tənzimlənməsi diplomatiya yox, biznes strategiyası məsələsidir. Bundan əlavə, neft hasilatının qısamüddətli artımı logistika baxımından mümkün deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR