Polşa Rusiyanın enerji daşıyıcılarının istifadəsinə görə kvotaların tətbiqini təklif edəcək

Polşa Rusiyanın enerji daşıyıcılarının istifadəsinə görə kvotaların tətbiqini təklif edəcək
# 26 aprel 2022 15:23 (UTC +04:00)

Polşa Avropa İttifaqının növbəti sammitində Rusiya enerji daşıyıcılarının istifadəsinə görə kvota və rüsumların tətbiqini təklif edəcək.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Polşanın İqlim və Ətraf Mühit naziri Anna Moskva bildirib.

Onun sözlərinə görə, Polşa Rusiyanın enerji resurslarından imtina etməyə hazırdır.

“Biz ambisiyaları artırmaq istəyirik, Rusiyanın enerji daşıyıcılarından uzaqlaşmaq üçün ölkələrin səfərbər olunmasını istəyirik”, - nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR