SOCAR: "Qarabağ" yatağı Azərbaycanın iqtisadi inkişafına əlavə dəyər qatacaq

SOCAR: "Qarabağ" yatağı Azərbaycanın iqtisadi inkişafına əlavə dəyər qatacaq
  • Clock-gray 16:41
  • calendar-gray 04 Oktyabr 2019

Xəzərin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağında istifadəsi nəzərdə tutulmuş qurğu və platforma bu yaxında istismara veriləcək.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin baş vitse-prezidenti xanım Karri Loxartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirilib.

Məlumata əsasən, görüş zamanı tərəflər layihənin düzgün istiqamətdə inkişaf etdiyini vurğulamış, yüksək səmərə verəcəyinə və Azərbaycanın iqtisadi inkişafına əlavə dəyər qatacağına əminliklərini ifadə ediblər.

Görüşdə həmçinin “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi”-“Dan Ulduzu”-“Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi” ilə bağlı fikir mübadiləsi aparılıb, SOCAR rəhbərliyi müxtəlif layihələrdə “Equinor” şirkəti ilə əməkdaşlığın perspektivli olduğunu bildirib. Tərəflər gələcəkdə də əməkdaşlığın davam etdirilməsi imkanlarını müzakirə ediblər.

Xatırladaq ki, SOCAR və Statoil (Equinor) 1992-ci ildən bir sıra mühüm layihələrdə, o cümlədən Azəri-Çıraq və dərinsulu Günəşli (AÇG) neft yatağının işlənilməsi layihəsində əməkdaşlıq edir. AÇG layihəsində SOCAR 25%, Statoil-Azərbaycan şirkəti isə 7,27% paya malikdir. Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində Statoil Azərbaycan 8,71%, SOCAR-ın törəmə şirkəti olan AzBTC 25%-lik pay sahibidir. 2018-ci ildə SOCAR ilə Equinor qrupunun bir hissəsi olan “Statoil-Azərbaycan” şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti sazişi” və “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi”-“Dan Ulduzu”-“Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş” imzalanıb.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date