Qazaxıstan bazarları sabitləşdirmək üçün öz karbohidrogen potensialını təklif edib

Qazaxıstan bazarları sabitləşdirmək üçün öz karbohidrogen potensialını təklif edib
# 04 iyul 2022 15:09 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Avropa Şurasının rəhbəri Şarl Mişel ilə telefon danışığında respublikanın bazarlardakı vəziyyəti sabitləşdirmək üçün öz karbohidrogen potensialından istifadə etməyə hazır olduğunu bəyan edib.

Bu barədə “APA-Economics” Qazaxıstan prezidentinin rəsmi internet saytına istinadən xəbər verir.

"Kasım-Jomart Tokayev həmçinin dünyanın enerji təhlükəsizliyinə təhdidlərdən narahatlığını ifadə edib. Onun sözlərinə görə, Qazaxıstan dünya və Avropa bazarlarında vəziyyəti sabitləşdirmək üçün öz karbohidrogen potensialından istifadə etməyə hazırdır", - məlumatda qeyd olunur.

Məlumata görə, Qazaxıstan prezidenti həmçinin Avropa İttifaqını alternativ transkontinental dəhlizlərin, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında əməkdaşlığa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR