Qazaxıstan maye karbohidrogenlərin hasilatını artıracaq - PROQNOZ

Qazaxıstan maye karbohidrogenlərin hasilatını artıracaq  - PROQNOZ
# 19 yanvar 2022 12:21 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Qazaxıstan üzrə 2021-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatına dair göstəricini açıqlayıb.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2021-ci il üçün Qazaxıstanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 1,83 mln. barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnoz ilə müqayisədə 0,01 mln. barel artıma doğru korrektə deməkdir. 2020 ilin göstəricisi ilə müqayisədə ötən il hasilat üzrə 0,03 mln. artım qeydə alınıb.

OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici 1,98 mln. barel səviyyəsində olacağı gözlənilir (proqnoz dəyişməyib), bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 0,15 mln. barel çoxdur.

OPEC-in məlumatlarına görə, ötən il Qazaxıstanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 1,8 mln. barel olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR