“Qazprom” uzaq xaricə qazın ixracını 40%-dən çox azaldıb

“Qazprom” uzaq xaricə qazın ixracını 40%-dən çox azaldıb
# 01 noyabr 2022 13:32 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Rusiyanın “Qazprom” şirkəti qaz hasilatını 18,6% azaldaraq, 344 mlrd. kubmetrə endirib.

APA-Economics” xəbər verir ki, bu barədə “Qazprom” “Telegram” kanalında paylaşım edib.

"İlkin məlumatlara görə, 2022-ci ilin yanvar-oktyabr aylarında "Qazprom" 344 mlrd. kubmetr qaz hasil edib. Bu, ötən illə müqayisədə 18,6% (78,8 mlrd. kubmetr) azdır", - paylaşımda bildirilir.

Qeyd olunur ki, hesabat dövründə “Qazprom” uzaq xaricə qazın ixracını 42,6% azaldaraq 91,2 milyard kubmetrə endirib.

Xatırladaq ki, “Qazprom” 2021-ci ildə 514,8 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2020-ci illə müqayisədə 62,2 mlrd. kubmetr çoxdur. Bu göstərici son 13 ilin ən yaxşı göstəricisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR